AZ

"Kreml Trampın təklifini alqışlayır"

Kreml Koreya yarımadasındakı münaqişənin həlli cəhdlərini, o cümlədən ABŞ prezidenti Donald Trampın təklifini alqışlayır". 

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov deyib.

"Biz bu istiqamətdə istənilən addımı alqışlamağa hazırıq", - o bildirib.

PeskovTrampın Cənubi Koreya prezidenti Li Çje Myonqa yarımadada gərginliyin aradan qaldırılması üçün çalışacağı barədə bəyanatını şərh edib. 

O, həmçinin Şimali Koreya lideri Kim Çen Inla görüşmək arzusunda olduğunu vurğulayıb .

Daha əvvəl CNN mənbələrə istinadən məlumat vermişdi ki, Tramp administrasiyası Kim Çen Inla görüşün mümkünlüyünə şübhə edir.

Seçilən
31
1
operativmm.az

2Mənbələr