AZ

SON DƏQİQƏ! Bir qardaşı həbs edildi,digəri axtarışa verildi — DETALLAR

İmişli Rayon Ağsaqqallar Şurasının sabiq sədri Saleh Səmədovun üç oğlunun vəzifədən azad olunmasının ardınca daha bir xəbər yayıldı.

NOCOMMENT.az Oxu24.com-a istinadən xəbər verir ki, Saleh Səmədovun böyük qardaşı Atababa Səmədov da həbs olunub.

Onun digər qardaşı,əvvəllər Daxili İşlər Orqanlarında çalışmış Sahib Səmədovun da anoloji əmələ görə barəsində axtarış elan edildiyi bildirilir.

Mənbənin verdiyi məlumata görə,Atababa Səmədov bir qrup şəxs ilə qrup şəklində dələduzluq əməli törətməkdə ittiham olunur.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Atababa Səmədov 7 il müddətinə azadlıqdan məhrum edilib.

A.Səmədov ayrı-ayrı şəxslərə müxtəlif vaxtlarda ümumi məbləği 320 min ABŞ dolları miqdarında pul atıb. O, aldatdığı şəxslərə aldığı pulların müqabilində tikinti materialları gətirəcəyinə söz verib.

Əldə etdiyimiz məlumata görə,Saleh Səmədovun qardaşının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsi (dələduzluq) ilə ittiham olunduğu üzə çıxıb.

O,da məlum olub ki, A.Səmədov illər öncə məhkəmənin hökmü ilə 5 il müddətinə azadlıqdan məhrum edilib.

Seçilən
18
34
nocomment.az

10Mənbələr