İmişli Rayon Ağsaqqallar Şurasının sabiq sədri, hazırda həbsdə olan Saleh Səmədovun üç oğlunun vəzifədən azad olunmasının ardınca bu ailəyə aid daha bir xəbər yayılıb.
Onun digər qardaşı Sahib Səmədovun da anoloji əmələ görə barəsində axtarış elan edildiyi bildirilir. pizza hut
Atababa Səmədov bir qrup şəxslə mütəşəkkil qaydada dələduzluq əməli törətməkdə ittiham olunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Səmədov 7 il müddətinə azadlıqdan məhrum edilib.
Səmədov müxtəlif vaxtlarda ayrı-ayrı şəxslərin ümumi məbləği 320 min dollar miqdarında pulunu mənimsəyib. O, aldatdığı şəxslərə aldığı pulların müqabilində tikinti materialları gətirəcəyinə vəd veribmiş.
Saleh Səmədovun qardaşının Cinayət Məcəlləsinin 178-ci maddəsi (dələduzluq) ilə ittiham olunduğu üzə çıxıb. O da məlum olub ki, Atababa Səmədov illər öncə də məhkəmənin hökmü ilə 5 il müddətinə azadlıqdan məhrum edilib.
Saleh Səmədov Faşizm üzərində Qələbənin növbəti ildönümü ilə bağlı keçirilən tədbirdə SSRİ bayrağı altında, sinəsində rus imperiyasının rəmzi olan "Georgi lenti" ilə çıxış etmişdi.