AZ

AFFA nümayəndəsi UEFA-dan təyinat alıb

AFFA-nın Sosial Ətraf mühit dayanıqlığı üzrə meneceri Kifayət Mustafayeva UEFA-dan təyinat alıb.

Ucnoqta.az xəbər verir ki, o, UEFA Gənclər Liqasının II təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Dinamo” (Minsk, Belarus) – “Ludoqorets” (Bolqarıstan) oyununun UEFA nümayəndəsi olacaq.

Qarşılaşma noyabrın 1-də Bolqarıstanın Razqrad şəhərində yerləşən “İqlz Nest” stadionunda olacaq.

Seçilən
55
29
ucnoqta.az

10Mənbələr