AZ

Sərkisyan baş nazir namizədini açıqladı

BAKI, 29 oktyabr. TELEQRAF

“Masis şəhərinin barəsində həbs qərarı verilmiş meri Davit Ambarsumyan baş nazirliyə namizədimiz olaraq qalır”.

Teleqraf xəbər verir ki, bunu Ermənistan keçmiş prezidenti, Respublika partiyasının sədri Serj Sərkisyan deyib.

“David Ambarsumyanla bağlı hökm qanuni qüvvəyə minməyib, vəkillər apellyasiya şikayəti verəcək. Deməli, David Ambarsumyan bizim baş nazirliyə namizədimiz olaraq qalacaq”, - o bildirib.

Xatırladaq ki, bundan əvvəl Davit Ambarsumyan 2018-ci ilin aprelində keçirilən dinc aksiya zamanı insanlara hücum ittihamı ilə 6 il azadlıqdan məhrum edilib. Masis meri bu ilin aprelindən Respublika Partiyasının parlament fraksiyasının (“Şərəfim var”) baş nazirliyə namizədidir.

Sözügedən fraksiya ötən günlərdə parlamentdə Baş nazir Nikol Paşinyana qarşı uğursuzluqla nəticələnmiş impiçment təşəbbüsü ilə çıxış etmişdi.

Seçilən
38
teleqraf.com

1Mənbələr