Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində təşkil olunacaq VI İslam Həmrəyliyi Oyunlarında iştirak edəcək Azərbaycanın stolüstü tennisçiləri bəlli olub. Federasiyadan SİA-ya bildirilib ki, ölkəmiz yarışlarda 6 idmançı ilə təmsil olunacaq.
Yığmanın heyətində Mərziyyə Nurmətova, Zemfira Mikayılova, Aylin Əsgərova, Onur Quluzadə, Hilal Həsənov və Adil Əhmədzadə bacarıqlarını göstərəcəklər. Komanda yarışlara hazırlıq məqsədilə “Şüa İdman Kompleksi”ndə təlim-məşq toplanışındadır. Onlar noyabrın 6-da Səudiyyə Ərəbistanına yola düşəcəklər.
Qeyd edək ki, stolüstü tennis yarışları noyabrın 8-dən 13-dək keçiriləcək.