AZ

Azərbaycanı VI İslam Həmrəyliyi Oyunlarında 6 stolüstü tennisçi təmsil edəcək

Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində təşkil olunacaq VI İslam Həmrəyliyi Oyunlarında iştirak edəcək Azərbaycanın stolüstü tennisçiləri bəlli olub.

Federasiyadan 90deqiqe.Az-a bildirilib ki, ölkəmiz yarışlarda 6 idmançı ilə təmsil olunacaq.

Yığmanın heyətində Mərziyyə Nurmətova, Zemfira Mikayılova, Aylin Əsgərova, Onur Quluzadə, Hilal Həsənov və Adil Əhmədzadə bacarıqlarını göstərəcəklər. Komanda yarışlara hazırlıq məqsədilə “Şüa İdman Kompleksi”ndə təlim-məşq toplanışındadır. Onlar noyabrın 6-da Səudiyyə Ərəbistanına yola düşəcəklər.

Qeyd edək ki, stolüstü tennis yarışları noyabrın 8-dən 13-dək keçiriləcək.

Seçilən
1
3
90deqiqe.az

4Mənbələr