AZ

Apple-ın kapitallaşması 4 trilyon dollara çatıb — bu tarixdə üçüncü haldır

Apple-ın bazar dəyəri 4 trilyon dollara yüksəlib və şirkət bu həddi keçən tarixdəki üçüncü açıq səhmdar şirkət olub. Apreldən bəri Apple-ın səhmləri 56% bahalaşaraq şirkətin dəyərinə əlavə 1,4 trilyon dollar gətirib. Bu artım, yenilənmiş iPhone seriyasına dair nikbin gözləntilər və tarif təzyiqinin azalması ilə əlaqələndirilir. Yeni tarixi maksimuma şirkət Nvidia və Microsoft-dan cəmi bir neçə ay sonra çatıb.

Wedbush analitiki Den Ayvs bildirib ki, “Apple hələlik süni intellekt yarışından kənarda qalsa da, 4 trilyon dollarlıq bazar dəyərinə çatmaq həm Kupertino, həm də bütövlükdə böyük texnoloji şirkətlər üçün mühüm mərhələdir”.

Artımı nə dəstəkləyib?

Counterpoint Research-in məlumatına görə, ABŞ və Çində yeni iPhone 17 modellərinin ilk 10 gündəki satışları ötən ilin göstəricilərini 14% üstələyib. Bu, bazarda yeni “yeniləmə dalğası”nın başlanacağına dair gözləntiləri gücləndirib. Şirkət, həmçinin yenilənmiş iPad Pro, Vision Pro və M5 çipi ilə təchiz olunmuş MacBook Pro modellərini təqdim edib.

Niyə bu vacibdir?

Analitiklərin Apple səhmləri ilə bağlı proqnozları fərqlənir: Bloomberg konsensusuna görə, 12 aylıq hədəf qiymət hazırkı səviyyədən təxminən 6% aşağıdır. Bundan əlavə, “almağa dəyər” tövsiyələrinin payı “Möhtəşəm yeddilik” adlanan aparıcı texnoloji şirkətlər arasında ən aşağı göstəricilərdən biridir.

Seçilən
61
banker.az

1Mənbələr