Kişi voleybolçular arasında Yüksək Liqanın III turunun növbəti qarşılaşmalarının keçirilmə tarixi müəyyənləşib.
Bu barədə İdman.Biz-ə Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
Oktyabrın 30-da 1-ci turdan təxirə salınmış “Gənclər” - “Xilasedici” qarşılaşması keçiriləcək. FHN-in idman zalında təşkil olunacaq görüş saat 16:00-da start götürəcək.
Noyabrın 6-da isə Yüksək Liqanın III turunun oyunları keçiriləcək.
Yüksək Liqa (kişilər)
 I tur (Təxirə düşən oyun)
 30 oktyabr
 16:00. “Gənclər” – “Xilasedici”
 FHN-nin idman zalı
III tur
 6 noyabr
 16:00. “Murov Az Terminal” – “Ordu”
 “Murov Az Terminal” VK-nın idman zalı
16:00. “Gənclər” - “Neftçi”
 Abşeron OİK
17:00. “Xilasedici” - “Azərreyl” 
 FHN-in idman zalı
 
                        