İngiltərə Premyer Liqası təmsilçisi “Çelsi” qapı xəttini gücləndirmək məqsədilə “Barselona” klubunun almaniyalı qapıçısı Mark-Andre ter Ştegeni heyətinə qatmaq niyyətindədir.
Fanat.Az "365 Scores" nəşrinə istinadən xəbər verir ki, London təmsilçisinin rəhbərliyi hazırkı mövsümdə qapı xəttindəki qeyri-sabit çıxışlardan narazıdır və yanvar ayında təcrübəli qapıçı transferini prioritet sayır.
Ter Ştegenin “Barselona” ilə müqaviləsinin müddəti 2028-ci ilə qədər olsa da, “Çelsi” rəhbərliyi böyük məbləğli təkliflə “blauqrana”nı razı salmağı planlaşdırır.
Alman qolkiperin özü isə “Barselona”da əsas heyət oyunçusu olmadığı üçün bu təklifə isti yanaşır.
Kamil Xudiyev