AZ

İngiltərə nəhəngi Barselona nın qapısını döyəcək

ain.az, Fanat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İngiltərə Premyer Liqası təmsilçisi “Çelsi” qapı xəttini gücləndirmək məqsədilə “Barselona” klubunun almaniyalı qapıçısı Mark-Andre ter Ştegeni heyətinə qatmaq niyyətindədir.

Fanat.Az "365 Scores" nəşrinə istinadən xəbər verir ki, London təmsilçisinin rəhbərliyi hazırkı mövsümdə qapı xəttindəki qeyri-sabit çıxışlardan narazıdır və yanvar ayında təcrübəli qapıçı transferini prioritet sayır.

Ter Ştegenin “Barselona” ilə müqaviləsinin müddəti 2028-ci ilə qədər olsa da, “Çelsi” rəhbərliyi böyük məbləğli təkliflə “blauqrana”nı razı salmağı planlaşdırır.

Alman qolkiperin özü isə “Barselona”da əsas heyət oyunçusu olmadığı üçün bu təklifə isti yanaşır.

Kamil Xudiyev

Abunə Ol

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
3
1
fanat.az

2Mənbələr