AZ

Beyləqanda növbəti ağacəkmə aksiyası keçirilib - FOTOLAR

Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsinin 30 illiyi və Vətən müharibəsində tarixi Qələbəmizin 5 illiyi münasibətilə həyata keçirilən silsilə tədbirlər çərçivəsində Beyləqan rayonunda “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş növbəti ağacəkmə aksiyası təşkil olunub.

"Unikal" xəbər verir ki, aksiya Beyləqan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Beyləqan–Daşburun magistral yolunun sağ və sol hissələrində keçirilib.  

Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Milli Məclisin deputatı Şahin İsmayılov, YAP Beyləqan rayon təşkilatının sədri Müşfiq Səfərov, DTX-nin Beyləqan rayon şöbəsinin rəisi Vidadi Qurbanov, idarə, müəssisə və təşkilat nümayəndələri, şəhid ailə üzvləri və rayon ictimaiyyəti iştirak ediblər.

Aksiya çərçivəsində 400-ə yaxın ağac tingi əkilib, aqrotexniki qulluq göstərilib, ərazidə abadlıq işləri aparılıb. Bu kimi təşəbbüslər ölkəmizdə dövlətçilik ənənələrinin möhkəmləndirilməsi, vətənpərvərlik ruhunun gücləndirilməsi,  ekoloji tarazlığın qorunması və gələcək nəsillərə daha yaşıl, sağlam mühitin ötürülməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.

Seçilən
20
50
unikal.az

10Mənbələr