"Fənərbağça"nın futbolçusu Sebastyan Şimanski yanvarda komandanı tərk edə bilər.

Offsideplus.az xəbər verir ki, Bundesliqa klubları polşalı futbolçunu yaxından izləyir.

Bu barədə "Sky Sport DE" məlumat yayıb.

"Fənərbağça" yaxşı təklif gəlsə, onun gedişinə mane olmayacaq.

Şimanski 2023-cü ildən "sarı-lacıvərdlilər"də çıxış edir. O, burada 125 oyunda 22 qol vurub və 30 məhsuldar ötürmə edib.

26 yaşlı futbolçunun müqaviləsi 2027-ci ilin yayında başa çatacaq.