"Fənərbağça"nın futbolçusu Sebastyan Şimanski yanvarda komandanı tərk edə bilər.
Paralel.az xəbər verir ki , Bundesliqa klubları polşalı futbolçunu yaxından izləyir. Bu barədə "Sky Sport DE" məlumat yayıb.
"Fənərbağça" yaxşı təklif gəlsə, onun gedişinə mane olmayacaq.
Şimanski 2023-cü ildən "sarı-lacıvərdlilər"də çıxış edir. O, burada 125 oyunda 22 qol vurub və 30 məhsuldar ötürmə edib.
26 yaşlı futbolçunun müqaviləsi 2027-ci ilin yayında başa çatacaq.