Azərbaycan bank sektorunda istehlak kreditlərinə tətbiq olunan faiz dərəcələrində son dövrlərdə dəyişikliklər müşahidə olunur.
Banker.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, 2025-ci ilin üçüncü rübünün sonuna olan məlumatlara görə, kredit kartları üzrə faiz dərəcəsi ötən ilin sonunda 26% olduğu halda, bu ilin iyunun sonunda 25% və sentyabrın sonuna da eyni səviyyəsinə düşüb. Məişət avadanlıqlarının alınması üçün verilən kreditlərin faiz dərəcəsi 2024-cü ilin sonunda 25% idisə, 2025-ci ilin iyununda 26%-ya yüksəlmiş, sentyabrda da sabit qalıb.
Yaşayış sahəsinin təmiri ilə bağlı kreditlərin faiz dərəcəsi 2024-cü ilin sonunda 16% olduğu halda, 2025-ci ilin iyununda 17%-ya yüksəlib və sentyabrda dəyişməyib. Avtomobil kreditlərinin faiz dərəcəsi isə 2024-cü ilin sonunda 10% idi, iyunda 12%-ya, sentyabrda isə 13%-ya yüksəlib.
AMB-nin hesabatına görə, digər istehlak kreditləri üzrə faiz dərəcələri 2024-cü ilin sonunda 20% idisə, 2025-ci ilin ilk yarısında 21%-ya qalxıb və üçüncü rübdə sabit qalıb.