AZ

Avtomobil kreditləri bahalaşıb

Azərbaycan bank sektorunda istehlak kreditlərinə tətbiq olunan faiz dərəcələrində son dövrlərdə dəyişikliklər olub.

Azərbaycan Mərkəzi Bankının məlumatına görə, 2025-ci ilin üçüncü rübünün sonuna olan məlumatlara görə, kredit kartları üzrə faiz dərəcəsi ötən ilin sonunda 26% olduğu halda, bu ilin iyunun sonunda 25% və sentyabrın sonuna da eyni səviyyəsinə düşüb. Məişət avadanlıqlarının alınması üçün verilən kreditlərin faiz dərəcəsi 2024-cü ilin sonunda 25% idisə, 2025-ci ilin iyununda 26%-ya yüksəlmiş, sentyabrda da sabit qalıb.

Yaşayış sahəsinin təmiri ilə bağlı kreditlərin faiz dərəcəsi 2024-cü ilin sonunda 16% olduğu halda, 2025-ci ilin iyununda 17%-ya yüksəlib və sentyabrda dəyişməyib. Avtomobil kreditlərinin faiz dərəcəsi isə 2024-cü ilin sonunda 10% idi, iyunda 12%-ya, sentyabrda isə 13%-ya yüksəlib.

Seçilən
12
4
azpost.info

5Mənbələr