AZ

1992-ci itkin düşən şəhid Abdulla Quliyevin qalıqları dəfn olunub

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən və nəşinin qalıqları 33 il sonra tapılan şəhid Abdulla Novruz oğlu Quliyevlə vida mərasimi keçirilib.

APA xəbər verir ki, vida mərasimindən sonra şəhidin nəşinin qalıqları Abşeron rayonu, Saray qəsəbəsindəki qəbiristanlıqda torpağa tapşırılıb.

Dəfn mərasimində mərhumun yaxınları, dövlət və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, şəhid Abdulla Quliyev 26 oktyabr 1968-ci ildə Göyçayda anadan olub. O, Birinci Qarabağ müharibəsində döyüşlərdə iştirak edib. A.Quliyev 8 may 1992-ci ildən Şuşa şəhərində itkin düşmüş hesab edilib.

AzPost.az

Seçilən
10
21
azpost.info

10Mənbələr