AZ

Birinci Qarabağ müharibəsinin itkin şəhidi Abdulla Quliyev dəfn edilib

Bakı. Trend:

Oktyabrın 28-də Birinci Qarabağ müharibəsində itkin düşmüş hesabedilən və nəşinin qalıqları 33 il sonra tapılan şəhid AbdullaNovruz oğlu Quliyevin dəfn mərasimi keçirilib.

Trend xəbərxəbər verir ki, Abşeron rayonunun Saray qəsəbəsindəkiqəbiristanlıqda təşkil olunan mərasimdə mərhumun yaxınları, dövlətvə ictimaiyyət nümayəndələri iştirak ediblər.

Dəfn mərasimində şəhidlərimizin ruhuna dualar oxunub, xalqımızavə dövlətimizə sülh və əmin-amanlıq arzulanıb, şəhidin məzarına tərgüllər düzülüb, əklil qoyulub.

Qeyd edək ki, şəhid A. Quliyev 1968-ci il oktyabrın 26-da Göyçayrayonunda anadan olub. O, Birinci Qarabağ müharibəsində döyüşlərdəiştirak edib və 1992-ci il mayın 8-də Şuşa şəhərində itkin düşdüyügüman olunurdu. A. Quliyev Birinci Qarabağ müharibəsində itkindüşmüş hesab edilən və şəxsiyyətləri müəyyənləşdirilərək bu gündəfn olunan üç şəhiddən biridir.

Seçilən
94
12
az.trend.az

10Mənbələr