Bakı. Trend:
Dünən saat 18 radələrində Qəbələ rayonunun Bunud kəndiərazisində İslam İsbəndiyarov idarə etdiyi “VAZ-2107” markalıavtomobillə piyada, 59 yaşlı Elmira Əhmədovanı vurub.
Trend-in əldə etdiyi məlumata görə, nəticədə qadınaldığı xəsarətlərdən hadisə yerində ölüb.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan Trend-in sorğusunacavab olaraq bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb,istintaq aparılır.