AZ

“Üzeyir Hacıbəyli mükafatı” müsabiqəsi elan edilib

Azərbaycan professional musiqi məktəbinin banisi, böyük bəstəkar, musiqişünas, publisist, dramaturq və pedaqoq akademik Üzeyir Hacıbəylinin 140 illik yubileyi münasibətilə Mədəniyyət Nazirliyi və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı musiqi və incəsənət təhsili müəssisələrində çalışan təhsilverənlər arasında “Üzeyir Hacıbəyli mükafatı” müsabiqəsi elan edib.

Doğru.az xəbər verir ki, müsabiqənin məqsədi nazirliyin tabeliyindəki musiqi və incəsənət məktəb və mərkəzlərində tədrisin keyfiyyətini artırmaq, müəllimlərin peşəkarlığını və yaradıcılıq fəaliyyətini stimullaşdırmaq, eyni zamanda təhsilverənin cəmiyyətdə nüfuzunu yüksəltməkdir.

Müsabiqədə nazirliyin tabeliyində olan musiqi və incəsənət məktəb və mərkəzlərində əsas və ya əlavə iş yeri üzrə çalışan müəllimlər iştirak edə bilərlər. İki mərhələdən ibarət müsabiqədə 25 qalib seçiləcək, qaliblərə 1000 manat pul mükafatı və diplom təqdim olunacaq.

DOĞRU.AZ

Seçilən
10
4
dogru.az

5Mənbələr