AZ

“Üzeyir Hacıbəyli Mükafatı” müsabiqəsi elan olundu

BAKI, 27 oktyabr. TELEQRAF

Üzeyir Hacıbəyli Mükafatı” müsabiqəsi elan olunub.

Bu barədə Teleqraf-a Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilir ki, Azərbaycan musiqi mədəniyyətinin banisi, böyük bəstəkar, musiqişünas, publisist, dramaturq və pedaqoq, akademik Üzeyir Hacıbəylinin 140 illik yubileyi münasibətilə Mədəniyyət Nazirliyi və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı musiqi və incəsənət təhsili müəssisələrində çalışan təhsilverənlər arasında “Üzeyir Hacıbəyli Mükafatı” müsabiqəsini elan edir.

Müsabiqənin elan olunmasında məqsəd nazirliyin tabeliyindəki musiqi və incəsənət məktəb və mərkəzlərində tədrisin keyfiyyətinin yüksəldilməsi, müəllimlərin peşəkarlığının və yaradıcılıq fəaliyyətinin stimullaşdırılması, eyni zamanda cəmiyyətdə təhsilverənin nüfuzunun artırılmasıdır.

Müsabiqədə nazirliyin tabeliyində olan musiqi və incəsənət məktəb və mərkəzlərində əsas və ya əlavə iş yeri üzrə çalışan müəllimlər iştirak edə bilərlər.

Müsabiqənin nəticələrinə görə 25 qalib seçiləcək.

Hər bir qalib 1 000 manat pul mükafatı və diplomla təltif ediləcək.

Seçilən
33
3
teleqraf.com

4Mənbələr