AZ

Türkiyə derbisini “Fənərbaxça” qazandı

Oktyabrın 22-24-də basketbol üzrə Avroliqada 6-cı turun oyunları keçirilib.

"Football-plus.az" xəbər verir ki, Türkiyə klubları hesabat turunda bir-birinə rəqib olub. Gərgin mübarizə şəraitində keçən oyundan “Fənərbaxça” qalib ayrılıb.

Avroliqa ilə bağlı başqa maraqlı xəbərlər də var. “Makkabi” “Real”ı 92:91 hesabıyla məğlub edib. İsrail klubuna qələbə qazandıran son və 3 xallıq atışı sona 5 saniyə qalmış müdafiəçi Tamir Blatt həyata keçirib. Bu arada Avroliqada çıxış edən klublar İsrail təmsilçilərinin dekabrın 1-dən ev oyunlarını öz meydanında keçirməsi ilə bağlı ideyaya razılıq verib.

Avroliqanın mətbuat xidmətinin yaydığı məlumatda deyilir ki, qurum həmin vaxta qədər regiondakı vəziyyəti izləyəcək. Bütün yarış iştirakçılarının təhlükəsizliyi qurum üçün əsas hədəfdi. Xatırladaq ki, Avroliqada İsrail təmsilçilərindən “Makkabi” və “Hapoel” çıxış edir. Fələstinlə münaqişə üzündən bu ölkənin klubları ev oyunlarını neytral meydanda keçirir. Ancaq oktyabrın 10-da atəşkəslə bağlı razılığın əldə olunması vəziyyəti dəyişib, yəni İsrail klublarının ev oyunlarını bu ölkədə keçirməsi üçün imkan yaranıb.

Makkabi T-Ə (İsrail) – Real (İspaniya) 92:91 (17:27, 40:21, 19:26, 16:17)
ASVEL (Fransa) – Dubay (BƏƏ) 85:79 (21:24, 23:20, 15:24, 26:11)
Hapoel T-Ə (İsrail) – Monako (Fransa) 85:77 (27:18, 17:16, 18:29, 23:14)
Srvena Zvezda (Serbiya) – Baskoniya (İspaniya) 90:72 (21:20, 19:23, 32:15, 18:14)
Barselona (İspaniya) – Jalgiris (Litva) 73:88 (14:26, 25:26, 15:23, 19:13)
Milan (İtaliya) – Valensiya (İspaniya) 100:103 (18:24, 30:30, 26:31, 26:18)
Efes (Türkiyə) – Fənərbaxça (Türkiyə) 69:79 (24:18, 19:26, 15:14, 11:21)
Virtus B (İtaliya) – Panatinaikos (Yunanıstan) 92:75 (19:15, 29:20, 21:18, 23:22)
Partizan (Serbiya) – Paris (Fransa) 83:101 (26:26, 20:22, 14:23, 23:30)
Bavariya (Almaniya) – Olimpiakos (Yunanıstan) 71:96 (15:23, 14:24, 23:22, 19:27)

Xal durumu: Hapoel T-Ə – 11, Olimpiakos, Paris, Jalgiris, Srvena Zvezda, Virtus B, Panatinaikos – 10, Monako, Fənərbaxça, Real, Barselona, Valensiya, Dubay, Partizan – 9, Milan, ASVEL, Efes, Makkabi T-Ə, Bavariya - 8, Baskoniya – 6.

Seçilən
1
7
football-plus.az

8Mənbələr