AZ

“Efes” yeni baş məşqçi ilə də uduzdu

ain.az, Footbal-plus portalına istinadən məlumat verir.

Avroliqada 17-ci turun oyunları keçirildi. "Football-plus.az" xəbər verir ki, Türkiyə klublarından “Fənərbaxça” ümumilikdə sabit çıxış edir və turnir cədvəlinin önündə qərarlaşıb. “Sarı-lacivərdlilər” hesabat turunda səfərdə “Milan”a qalib gəldi. Amma “Efes” haqda eyni sözləri deyə bilmərik. “Pivəçilər” yeni baş məşqçi Pablo Lasonun rəhbərliyi altında keçirdiyi ilk Avroliqa oyununda “Dubay”la bacarmadı. Son 5 oyunun yalnız birində qələbə qazanan “Efes” autsayderlər sırasındadı.Makkabi T-Ə (İsrail) - Valensiya (İspaniya) 85:82 (19:21, 28:20, 23:20, 15:21)Panatinaikos (Yunanıstan) - Hapoel T-Ə (İsrail) 93:82 (22:17, 23:29, 20:16, 28:20)Milan (İtaliya) - Fənərbaxça (Türkiyə) 72:87 (11:19, 21:21, 23:16, 17:31) Real (İspaniya) - Paris (Fransa) 95:90 (24:21, 25:29, 21:24, 25:16) Efes (Türkiyə) - Dubay (BƏƏ) 76:80 (20:17, 17:13, 20:22, 19:28)Jalgiris (Litva) - Partizan (Serbiya) 109:68 (28:15, 25:15, 29:18, 27:20)Monako (Fransa) - Bavariya (Almaniya) 103:77 (18:17, 29:22, 35:16, 21:22)Olimpiakos (Yunanıstan) – ASVEL (Fransa) 107:84 (26:14, 18:20, 31:22, 32:28) Barselona (İspaniya) - Baskoniya (İspaniya) 134:124 3ОТ (17:26, 30:27, 23:22, 27:22, 9:9, 16:16, 12:2) Srvena Zvezda (Serbiya) - Virtus B (İtaliya) 90:89 (23:15, 22:31, 25:24, 20:19)Xal durumu: Hapoel T-Ə, Barselona – 29, Valensiya, Panatinaikos – 28, Monako, Jalgiris - 27, Srvena Zvezda, Real – 27, Fənərbaxça, Milan – 26, Olimpiakos, Virtus B, Dubay – 25, Makkabi T-Ə – 24, Baskoniya, Efes, Partizan – 23, Paris, Bavariya – 22, ASVEL – 21.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
6
6
icma.az

10Mənbələr