“Melissa” qasırğası Yamaykaya doğru irəliləyir
                    
                        Ajans.az xəbər verir ki,bu barədə Report, Sky News-in Mayami Hava Xidmətinə istinadən məlumat yayıb.  Qasırğanın saatda 260 km (160 mil) sürətinə çatan güclü küləklər və daşqınlara səbəb ola biləcək dalğalar gətirəcəyi bildirilir. Hava Xidməti Sky News-a açıqlamasında qeyd edib ki, bölgədə fəlakətli qəfil daşqınlar və torpaq sürüşmələri ehtimal olunur.   
                        
                    
                    
                
                
                
             
         
        
     
 
 
 
         
        
        
        
        
