AZ

“Melissa” qasırğasının mərkəzindən unikal görüntülər - VİDEO

ABŞ Hərbi Hava Qüvvələrinin kəşfiyyat təyyarələri “Melissa” qasırğasının “fırtına gözü”nün içindən çəkilmiş kadrlarını yayıb.

Musavat.com xəbər verir ki, kadrlarda nadir atmosfer hadisəsi – “stadion effekti” aydın görünür. Bu optik fenomen, qasırğanın mərkəzindəki girdabın yuxarıya doğru genişlənməsi nəticəsində yaranır və elə təsir bağışlayır ki, sanki nəhəng stadionun içindən göyə baxılır.

Meteoroloqlar bildirirlər ki, bu cür kadrlar çox nadir hallarda əldə olunur və qasırğanın ən sakit, lakin ən təhlükəli nöqtəsini – onun mərkəzini əks etdirir. 

 

Musavat.com

Seçilən
56
23
musavat.com

10Mənbələr