"Rusiya prezidenti Vladimir Putin raket sınaqları keçirmək əvəzinə Ukraynada müharibəni dayandırmalıdır".
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri ABŞ prezidenti Donald Tramp deyib.
Tramp bildirib ki, ABŞ-nin raket buraxmasına ehtiyac yoxdur, çünki Rusiya sahilləri yaxınlığında dünyanın ən güclü atom sualtı qayığı yerləşir:
“Onlar bilir ki, bizdə dünyanın ən güclü sualtı atom qayığı var. Ona görə də 8000 mil məsafə qət etməyə ehtiyac yoxdur”, - o qeyd edib.
“Oyuna çevrilməyən münasibətlərimiz var. Nə onlar bizimlə, nə də biz onlarla oyun oynayırıq. Biz daim raketlər sınaqdan keçiririk. Yeri gəlmişkən, bizim raket sınaqlarına deyil, müharibəni dayandırmağa ehtiyacımız var” – Tramp əlavə edib.
Xatırladaq ki, 26 oktyabrda Rusiya prezidentinə “Burevestnik” qanadlı raketinin uğurlu sınağı barədə məruzə olunub.