AZ

Bizim raket sınaqlarına deyil, müharibəni dayandırmağa ehtiyacımız var

ain.az bildirir, Operativ MM portalına istinadən.

"Rusiya prezidenti Vladimir Putin raket sınaqları keçirmək əvəzinə Ukraynada müharibəni dayandırmalıdır". 

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri ABŞ prezidenti Donald Tramp deyib.

Tramp bildirib ki, ABŞ-nin raket buraxmasına ehtiyac yoxdur, çünki Rusiya sahilləri yaxınlığında dünyanın ən güclü atom sualtı qayığı yerləşir: 

“Onlar bilir ki, bizdə dünyanın ən güclü sualtı atom qayığı var. Ona görə də 8000 mil məsafə qət etməyə ehtiyac yoxdur”, - o qeyd edib.

“Oyuna çevrilməyən münasibətlərimiz var. Nə onlar bizimlə, nə də biz onlarla oyun oynayırıq. Biz daim raketlər sınaqdan keçiririk. Yeri gəlmişkən, bizim raket sınaqlarına deyil, müharibəni dayandırmağa ehtiyacımız var” – Tramp əlavə edib.

Xatırladaq ki, 26 oktyabrda Rusiya prezidentinə “Burevestnik” qanadlı raketinin uğurlu sınağı barədə məruzə olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
11
1
operativmm.az

2Mənbələr