Bakı. Trend:
Oktyabrın 27-də Azərbaycan Respublikasının müdafiə nazirigeneral-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan BirləşmişƏrəb Əmirliklərinin (BƏƏ) Xüsusi Əməliyyatlar Qüvvələrininkomandanı briqada generalı Məhəmməd Səid Əl-Səlminin rəhbərliketdiyi nümayəndə heyətini qəbul edib.
Bu barədə Trend-ə Azərbaycan Müdafiə Nazirliyindən məlumatverilib.
Bildirilib ki, BƏƏ nümayəndələrini salamlayan müdafiə nazirionları Azərbaycanda görməkdən məmnun olduğunu bildirib. Ölkələrimizarasında bütün sahələrdə olduğu kimi hərbi əlaqələrimizin dəinkişaf etdiyini vurğulayıb. General-polkovnik Z.Həsənov qarşılıqlıtəcrübə mübadiləsi məqsədilə ölkəmizdə keçirilən "SarsılmazTərəfdaşlıq-2025" birgə xüsusi təyinatlı qüvvələr təliminin mühüməhəmiyyət daşıdığını qeyd edib.
Briqada generalı M.S.Əl-Səlmi isə öz növbəsində səmimi qəbula vəgöstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirib.Azərbaycan və BƏƏ XTQ mənsubları arasında əməkdaşlığıngenişləndirilməsində qarşılıqlı səfərlərin və birgə təlimlərinfaydalarını diqqətə çatdırıb.
Görüşdə, həmçinin maraq doğuran bir sıra digər məsələlərətrafında fikir mübadiləsi aparılıb.
Daha sonra BƏƏ nümayəndə heyəti XTQ-nin N hərbi hissəni ziyarətedib. Qonaqlar Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevinhərbi hissənin ərazisindəki büstünü və XTQ-nin xatirə abidəsiniziyarət edərək gül dəstələri düzüb, Ulu Öndərin və şəhidlərimizinxatirəsinə ehtiram nümayiş etdiriblər.
Ərəbistanlı həmkarı ilə görüşən Azərbaycan Ordusunun XTQkomandanı general-mayor Ələkbər Cahangirov hərbi əməkdaşlığıninkişaf istiqamətləri barədə fikir mübadiləsi aparıb, AzərbaycanXTQ-nin fəaliyyəti və döyüş hazırlığı barədə qonaqlara ətraflıməlumat verib.
Tərəflər hər iki ölkənin xüsusi təyinatlılarının iştirakı iləkeçirilən birgə XTQ təlimlərinin hərbi qulluqçuların peşəkarlığınındaha da artırılmasına töhfə verdiyini qeyd edib və bu kimitəlimlərin davam etdirilməsinin vacibliyini vurğulayıblar.Sonda BƏƏnümayəndə heyətinin rəhbəri hərbi hissənin xatirə kitabına ürəksözlərini yazıb.
 
                         
  
  
  
  
  
  
  
  
  
  
  
  
 