AZ

Azərbaycan və BƏƏ arasında hərbi əməkdaşlıq müzakirə edilib

Azərbaycan və Bərlişmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında xüsusi təyinatlıların əməkdaşlığı müzakirə olunub. Metbuat.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycanda səfərdə olan Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Xüsusi Əməliyyatlar Qüvvələrinin komandanı briqada generalı Məhəmməd Səid Əl-Səlminin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.Görüşdə ölkələr arasında bütün sahələrdə olduğu kimi hərbi əlaqələrin də inkişaf etdiyini vurğulanıb. General-polkovnik Z.Həsənov qarşılıqlı təcrübə mübadiləsi məqsədilə Azərbaycanda keçirilən "Sarsılmaz Tərəfdaşlıq-2025" birgə xüsusi təyinatlı qüvvələr təliminin mühüm əhəmiyyət daşıdığını qeyd edib.Briqada generalı M.S.Əl-Səlmi isə öz növbəsində səmimi qəbula və göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirib. Azərbaycan və BƏƏ XTQ mənsubları arasında əməkdaşlığın genişləndirilməsində qarşılıqlı səfərlərin və birgə təlimlərin faydalarını diqqətə çatdırıb.Görüşdə, həmçinin maraq doğuran bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.Daha sonra BƏƏ nümayəndə heyəti XTQ-nin N hərbi hissəni ziyarət edib. Ərəbistanlı həmkarı ilə görüşən Azərbaycan Ordusunun XTQ komandanı general-mayor Ələkbər Cahangirov hərbi əməkdaşlığın inkişaf istiqamətləri barədə fikir mübadiləsi aparıb, Azərbaycan XTQ-nin fəaliyyəti və döyüş hazırlığı barədə qonaqlara ətraflı məlumat verib.

Tərəflər hər iki ölkənin xüsusi təyinatlılarının iştirakı ilə keçirilən birgə XTQ təlimlərinin hərbi qulluqçuların peşəkarlığının daha da artırılmasına töhfə verdiyini qeyd edib və bu kimi təlimlərin davam etdirilməsinin vacibliyini vurğulayıblar.

Seçilən
14
18
metbuat.az

10Mənbələr