AZ

BDU-da növbəti karyera sərgisi keçiriləcək

BDU-da növbəti karyera sərgisi keçiriləcək

Bakı Dövlət Universitetinin (BDU) Karyera və məzunlarla iş Mərkəzinin təşkilatçılığı ilə oktyabrın 29-da "Peşəkar gələcəyə doğru körpü" adlı növbəti ixtisaslaşmış karyera sərgisi keçiriləcək.

AFN.az xəbər verir ki, sərgidə ölkənin informasiya texnologiyaları (İT), rəqəmsal marketinq, data, proqramlaşdırma və innovasiya sahəsində fəaliyyət göstərən aparıcı şirkətlərinin iştirakı nəzərdə tutulub.

Sərginin keçirilməsində məqsəd tələbə və məzunları ölkənin aparıcı İT qurumları ilə bir araya gətirmək, onların rəqəmsal sektorun işəgötürənləri ilə birbaşa ünsiyyət, texnologiya yönümlü vakansiyalar, təcrübə, təqaüd və könüllülük proqramları ilə tanış etməkdir. Sərgidə tələbə və məzunların bilik və bacarıqlarının inkişaf etdirilməsi məqsədilə "workshop" və seminarların keçirilməsi, təlimlərin təşkili nəzərdə tutulub.

Tarix: 29 oktyabr 2025

Saat: 14:00-17:00

Məkan: Bakı Dövlət Universiteti, əsas tədris binası, III mərtəbə

Sərgidə iştirak üçün qeydiyyat linki: https://forms.gle/jQgKQ7888BksMuGP6

Seçilən
35
2
afn.az

3Mənbələr