AZ

“Peşəkar gələcəyə doğru körpü” adlı sərgi keçiriləcək

ain.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 27 oktyabr, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) Karyera və məzunlarla iş Mərkəzinin təşkilatçılığı ilə oktyabrın 29-da “Peşəkar gələcəyə doğru körpü” adlı növbəti ixtisaslaşmış karyera sərgisi keçiriləcək. Sərgidə ölkənin informasiya texnologiyaları (İT), rəqəmsal marketinq, data, proqramlaşdırma və innovasiya sahəsində fəaliyyət göstərən aparıcı şirkətlərinin iştirakı nəzərdə tutulub.

BDU-dan AZƏRTAC-a bildirilib ki, sərginin keçirilməsində məqsəd tələbə və məzunları ölkənin aparıcı İT qurumları ilə bir araya gətirmək, onların rəqəmsal sektorun işəgötürənləri ilə birbaşa ünsiyyət, texnologiya yönümlü vakansiyalar, təcrübə, təqaüd və könüllülük proqramları ilə tanış etməkdir. Sərgidə tələbə və məzunların bilik və bacarıqlarının inkişaf etdirilməsi məqsədilə vorkşop və seminarların keçirilməsi, təlimlərin təşkili nəzərdə tutulub.

Sərgidə iştirak etmək üçün link vasitəsilə qeydiyyatdan keçmək olar.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
28
2
azertag.az

3Mənbələr