AZ

“Hər səkkiz qadından biri bu xəstəliyə tutulur”

Redaktor.az saytına istinadən ain.az xəbər verir.

“Hər səkkiz qadından biri bu xəstəliyə tutulur”.

Redaktor.az xəbər verir ki, bu fikirləri TƏBİB-in təşkilatçılığı ilə “Xərçəngdən Güclüsən” adlı tədbirdə TƏBİB-in İcraçı direktorunun müavini Anar İsrafilov bildirdi.

Onun sözlərinə görə, hər il minlərlə qadın bu vəziyyətlə üzləşir və vaxtında tədbir gördükdə öz həyatlarını dəyişə bilirlər:

“Lakin xəstəlik vaxtında nəzarət altına alınmazsa, ciddi nəticələrə səbəb ola bilər. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, qadınlar vaxtında müalicəyə cəlb olunduqda, beşillik müalicədən sonra yaşamaq şansı 90-95% təşkil edir. Bu, çox böyük göstəricidir və biz hamımız bu rəqəmlərin daha da yüksəlməsi üçün mübarizə aparmalıyıq”.

Nuriyyə NATİQQIZI

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
12
1
redaktor.az

2Mənbələr