Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinə məxsus “Mil Mi-17” helektopterləri Bakı səmasında uçuşlar edib.
“Yeni Sabah” xəbər verir ki, uçuşlar Vətən müharibəsində qazanılan qələbənin 5-ci ildönümü münasibətilə noyabrın 8-də paytaxtda keçiriləcək hərbi paradda hazırlıq məqsədi daşıyır.
Helektopterlər Bakı buxtası, o cümlədən paradın keçiriləcəyi “Azadlıq” meydanı üzərində uçuşlar edib. pizza hut
Xatırladaq ki, noyabrın 8-də Zəfər Gününün beşinci ildönümü münasibətilə Bakıda hərbi parad keçiriləcək. Parada hazırlıqla bağlı Azərbaycan Silahlı Qüvvələrinin, o cümlədən Azərbaycan Ordusunun bölmələri ilə məşqlər keçirilir.
Hazırlıq məşqləri zamanı Bakı şəhəri və ətraf ərazilərdə aviasiya vasitələrinin uçuşları, avtomobil və döyüş texnikalarının, həmçinin gəmilərin müəyyən edilmiş marşrutlar üzrə hərəkəti və yerdəyişməsi icra olunur.
Nazim Hacıyev
Telegram kanalımız