AZ

Hərbi helikopterlər Bakı səmasında – VİDEO

Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinə məxsus “Mil Mi-17” heliktopterləri Bakı səmasında uçuşlar edib.

KONKRET.az yenisabah-a istinadən xəbər verir ki, uçuşlar Vətən müharibəsində qazanılan qələbənin 5-ci ildönümü münasibətilə noyabrın 8-də paytaxtda keçiriləcək hərbi paradda hazırlıq məqsədi daşıyır.

Heliktopterlər Bakı buxtası, o cümlədən paradın keçiriləcəyi “Azadlıq” meydanı üzərində uçuşlar edib.

Xatırladaq ki, noyabrın 8-də Zəfər Gününün beşinci ildönümü münasibətilə Bakıda hərbi parad keçiriləcək. Parada hazırlıqla bağlı Azərbaycan Silahlı Qüvvələrinin, o cümlədən Azərbaycan Ordusunun bölmələri ilə məşqlər keçirilir.

Hazırlıq məşqləri zamanı Bakı şəhəri və ətraf ərazilərdə aviasiya vasitələrinin uçuşları, avtomobil və döyüş texnikalarının, həmçinin gəmilərin müəyyən edilmiş marşrutlar üzrə hərəkəti və yerdəyişməsi icra olunur.

Seçilən
3
2
konkret.az

3Mənbələr