AZ

Keti Perri və Kanadanın keçmiş Baş naziri Castin Trüdo sevgili olduqlarını etiraf etdilər

ain.az, Oxu.az portalına istinadən məlumat verir.

Amerikalı müğənni Keti Perri və Kanadanın keçmiş Baş naziri Castin Trüdo ilk dəfə olaraq ictimaiyyət qarşısında birlikdə görünərək sevgili olduqları ilə bağlı söz-söhbətləri təsdiqləyiblər.

Oxu.Az bu barədə TMZ nəşrinə istinadən xəbər verir.

Nəşrin məlumatına görə, sevgililər Perrinin 41 yaşının tamam olmasını qeyd etmək üçün Parisdə görüşməyə gediblər.

Onların Paris kabaresində görünməsi cütlüyün ilk rəsmi görüşə çıxması olub. Proqram başa çatdıqdan sonra cütlük onları gözləyən avtomobilin yanına yaxınlaşıblar, burada Perri və Trüdonu onlarla fotoqraf və pərəstişkar qarşılayıb.

Şahidlər qeyd ediblər ki, müğənni və siyasətçi heç vaxt olmadıqları qədər xoşbəxt görünürdülər.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
51
1
oxu.az

2Mənbələr