Yazını böyüt
Yazını kiçilt
Amerikalı müğənni Keti Perri və Kanadanın keçmiş baş naziri Castin Trüdo ilk dəfə olaraq ictimaiyyət qarşısında birlikdə görünərək sevgili olduqları ilə bağlı söz-söhbətləri təsdiqləyiblər.
Hafta.az xəbər verir ki, bu barədə TMZ nəşri yazıb. Nəşrin məlumatına görə, sevgililər Perrinin 41 yaşının tamam olmasını qeyd etmək üçün Parisdə görüşməyə gediblər.
Onların Paris kabaresində görünməsi cütlüyün ilk rəsmi görüşə çıxması olub. Proqram başa çatdıqdan sonra cütlük onları gözləyən avtomobilin yanına yaxınlaşıblar, burada Perri və Trüdonu onlarla fotoqraf və pərəstişkar qarşılayıb.
Şahidlər qeyd ediblər ki, müğənni və siyasətçi heç vaxt olmadıqları qədər xoşbəxt görünürdülər.