AZ

Argentinada avtobus körpüdən dərəyə aşıb

Bakı. Trend:

Argentinanın şimal-şərqində baş verən ağır yol qəzasınəticəsində azı 9 nəfər həlak olub.

Trend-inməlumatına görə, bu barədə “TN” telekanalı xəbər verib.

Məlumata əsasən, avtobus əks istiqamətdə hərəkət edən minikavtomobili ilə toqquşub. Toqquşmadan sonra sərnişin avtobusuqoruyucu baryeri aşaraq körpüdən dərəyə düşüb.

Nəticədə səkkiz sərnişin və avtobusun sürücüsü hadisə yerindəhəlak olub, 29 nəfər isə müxtəlif bədən xəsarətləri iləxəstəxanalara yerləşdirilib.

Avtobus Obera şəhərindən Misiones əyalətində yerləşənPuerto-İquasu istiqamətində hərəkət edirmiş. Qəza zamanı magistralyolda sıx duman müşahidə olunub.

Seçilən
39
1
az.trend.az

2Mənbələr