BAKI, 26 oktyabr. TELEQRAF
Argentinanın şimal-şərqində baş verən ağır yol qəzası nəticəsində azı 9 nəfər həlak olub.
Teleqraf xəbər verir ki, avtobus əks istiqamətdə hərəkət edən minik avtomobili ilə toqquşub. Toqquşmadan sonra sərnişin avtobusu qoruyucu baryeri aşaraq körpüdən dərəyə düşüb.
Nəticədə səkkiz sərnişin və avtobusun sürücüsü həlak olub, 29 nəfər isə müxtəlif bədən xəsarətləri ilə xəstəxanalara yerləşdirilib.
Avtobus Obera şəhərindən Misiones əyalətində yerləşən Puerto-İquasu istiqamətində hərəkət edirmiş. Qəza zamanı magistral yolda sıx duman müşahidə olunub.