AZ

Zaxarova: Qərb Rusiya–ABŞ danışıqlarını saxta xəbərlərlə təhrif edir

BAKI, 26 oktyabr. TELEQRAF

"Qərb ölkələri Rusiya və ABŞ arasında Ukrayna ilə bağlı danışıqlar mövzusunu saxta xəbərlərlə manipulyasiya edir".

Teleqraf xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Moskvada keçirilən Beynəlxalq Əməkdaşlıq Forumu çərçivəsində deyib.

Onun sözlərinə görə, bu məsələ ətrafında dezinformasiya kampaniyası misli görünməmiş səviyyəyə çatıb:

“Budapeşt sammiti bunun bariz nümunəsidir. Qərb mediası mövzunu uydurma sitatlar, saxta sızmalar və bir-birini təkzib edən məlumatlarla xaosa çevirdi".

Diplomat qeyd edib ki, Ukrayna və Rusiya–ABŞ təmaslarına dair yanlış məlumatlar diplomatik prosesə mane olur və ictimai rəyə təsir məqsədi daşıyır.

Seçilən
52
teleqraf.com

1Mənbələr