BAKI, 26 oktyabr. TELEQRAF
“Kayrat” tarixində 5-ci dəfə Qazaxıstan çempionu olub.
Teleqraf xəbər verir ki, bu, Premyer Liqanın XXIV turunda “Astana” ilə 1:1 hesablı heç-heçə etdikləri qarşılaşmadan sonra baş verib.
“Kayrat” mövsümü 59 xalla birinci, “Astana” 57 xalla ikinci yerdə başa vurub.
Qeyd edək ki, “Kayrat” Çempionlar Liqasında 1 xalla turnir cədvəlinin 34-cü pilləsində yer alır.