EN

“Kayrat” tarixində 5-ci dəfə Qazaxıstan çempionu oldu

BAKI, 26 oktyabr. TELEQRAF

“Kayrat” tarixində 5-ci dəfə Qazaxıstan çempionu olub.

Teleqraf xəbər verir ki, bu, Premyer Liqanın XXIV turunda “Astana” ilə 1:1 hesablı heç-heçə etdikləri qarşılaşmadan sonra baş verib.

“Kayrat” mövsümü 59 xalla birinci, “Astana” 57 xalla ikinci yerdə başa vurub.

Qeyd edək ki, “Kayrat” Çempionlar Liqasında 1 xalla turnir cədvəlinin 34-cü pilləsində yer alır.

Chosen
60
teleqraf.com

1Sources