AZ

Salyanda ağır yol qəzası: 5 nəfər yaralandı

Salyanda 5 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Aran bürosunun məlumatına görə, hadisə Salyan-Neftçala avtomobil yolunun rayonun Kürqaraqaşlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "VAZ-21015" markalı avtomobillə "VAZ-2106" markalı avtomobil toqquşub. Marqarita pizza

Qəza nəticəsində Neftçala rayon sakinləri - 1967-ci il təvəllüdlü Əsgərov Mürsəl Əlifağa oğlu, 1990-cı il təvəllüdlü Əliyev Təbriz Böyükkişi oğlu, 1992-ci il təvəllüdlü Nuriyev Niyaməddin Zöhrab oğlu; Salyan sakinləri - 1959-cu il təvəllüdlü Babayev Abdulla Paşa oğlu və 2009-cu il təvəllüdlü Əsgərova Xatirə Şirin qızı müxtəlif dərəcəli xəsarətlər alıblar.

Onlar Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Seçilən
75
5
yenisabah.az

10Mənbələr