AZ

Bricit Makron vergi portalında kişi kimi qeyd olunub

Fransanın birinci xanımının vergi portalındakı şəxsi hesabında “Jan-Mišel” adı yazılıb…

Poliqon BFMTV telekanalına istinadən xəbər verir ki, Fransa prezidenti Emmanuel Makronun həyat yoldaşı Bricit Makron ölkənin rəsmi vergi saytında şəxsi kabinetinə daxil olduqda öz adının əvəzinə “Jan-Mišel” olaraq qeyd olunduğunu aşkar edib. Hadisə birinci xanımın ofisində təəccüb doğurub. Onun aparat rəhbəri Tristan Bome məsələni “xoşagəlməz sürpriz” adlandırıb və dərhal texniki araşdırmanın başladıldığını bildirib.

İnsident Fransada uzun illərdir dolaşan konspiroloji şayiələrin yenidən gündəmə gəlməsinə səbəb olub. Həmin iddialara görə, Brijit Makron guya kişi cinsində doğulub və əsl adı “Jan-Mišel Tronye” olub. Bu nəzəriyyə 2017-ci ildən bəri sosial mediada və bəzi senzasiya yönlü mediada mütəmadi şəkildə tirajlanır.

Hadisə ilə bağlı Fransa ictimaiyyəti və mətbuatı kəskin reaksiya verib. Bir çox jurnalistlər və siyasətçilər məlumatların məqsədli şəkildə dəyişdirildiyini, bunun bir növ kiber-təhqir forması ola biləcəyini qeyd ediblər. Fransa vergi administrasiyası isə texniki səhv ehtimalını istisna etmir, lakin əlavə araşdırma aparıldığını təsdiqləyib.

Qeyd edək ki, daha əvvəl ABŞ-lı jurnalist Kendis Ovens Brijit Makron haqqında yayılan iddiaları dəstəkləyərək onun “cinsiyyətinin təsdiqlənməsi” üçün tibbi yoxlamadan keçməsini tələb etmişdi. Bu açıqlama Fransa cəmiyyətində və KİV-lərdə geniş qınağa səbəb olmuş, bir çox siyasətçilər və qadın hüquqları müdafiəçiləri bu cür iddiaları seksist və təhqiramiz adlandırmışdılar.

Poliqon.info

Seçilən
116
poliqon.info

1Mənbələr