AZ

Elmar Baxşıyev: “Son dəqiqə qolu futbolun emosiyasıdır”

style='margin-bottom:10px;'>

“Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyev Misli Premyer Liqasının 9-cu turunda “Sabah”la heç-heçə etdikləri oyunla (2:2) bağlı danışıb.

QOL.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında meydan sahiblərinin çalışdırıcısı oyun barədə danışıb: “Mübarizəli və dinamik oyuna şahidlik etdik. Komandam əzmkarlığı ilə istədiklərimi yerinə yetirməyə çalışdı və 1 xal qazandıq. Rəqib iddialı komandadır, buna görə də bu xal dəyərlidir.”

Baxşıyev həmçinin komanda üzvlərinin qol sevinci barədə bildirib: "Son dəqiqələrdə qol vuran hər kəs belə sevinir. Bu, futbolun içindəki emosiyadır.”

Baş məşqçi həmçinin ev və səfər oyunları barədə də fikirlərini bölüşüb: “Bakıda oynadığımız üçün ev və səfər oyunu fərqi çox hiss olunmur. ‘Bank Respublika Arena’ bizim üçün səfər sayılmır.”

Hakim qərarlarına münasibətində isə belə deyib: “Hakimlərə inanmağa çalışırıq, lakin bəzi qərarlara fərqli yanaşılır. Ötən tur ‘Neftçi’ ilə matçda ofsaydın olub-olmadığı açıq-aydın görünmədi. Bu matçda isə ‘Sabah’ın qazandığı penalti absurd idi, Stiv Solvet isə ikinci sarı vərəqəni alaraq meydandan qovulmalı idi. Hakimlik məsələlərinə çox fikir vermək lazım deyil.”

Seçilən
77
1
teleqraf.com

2Mənbələr