AZ

Yaponiya ilə Rusiya arasında gərginlik: bombardmançı təyyarələr... - FOTO

Rusiyanın nüvə silahı daşıma potensialı olan Tu-95 strateji bombardmançı təyyarələri və Ukraynanın işğalında da istifadə edilən Su-35 qırıcı təyyarələri Yapon dənizi üzərindən uçaraq ölkənin hava məkanına yaxınlaşıb.

Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Yaponiya Müdafiə Naziri Şinjiro Koizumi açıqlama verib. O, Tokionun ehtiyat tədbiri olaraq Yaponiya Özünümüdafiə Qüvvələrinə (SDF) məxsus hərbi təyyarələrİ havaya qaldırdığını bildirib:

“Rusiya Ukraynanı işğal edərkən, ölkəmizin ətrafında gündəlik hərbi əməliyyatlar da aparır. Bu, həqiqətdir”.

Nazir hərbi qüvvələrin Yaponiyanın suverenliyinin hər hansı potensial pozuntularına qarşı 24 saatlıq hazırlıq vəziyyətində olduğunu vurğulayıb. Koziumi müşahidə və monitorinq fəaliyyətləri apardıqlarını deyib.

Rusiya Müdafiə Nazirliyi yazılı açıqlamasında Tu-95 bombardmançı təyyarələrinin beynəlxalq sularda Yapon dənizi üzərində müntəzəm patrul xidməti həyata keçirdiyini bildirib.

Məlumata görə, uçuş 11 saatdan çox davam edib və bombardmançı təyyarələrə Rusiya Hərbi Hava Qüvvələrinə məxsus Su-35S və Su-30SM təyyarələri müşayiət edib. Həmçinin, bəzi nöqtələrdə uzaqmənzilli bombardmançı təyyarələri xarici qırıcı təyyarələrin də müşayiət etdiyi bildirilib.

“Rusiya Hərbi Hava Qüvvələrinin təyyarələrinin bütün uçuşları beynəlxalq hava məkanı qaydalarına ciddi şəkildə uyğun olaraq həyata keçirilir”, - deyə Rusiyanın cavabında qeyd edilib.

Billurə Yunus
 

Seçilən
35
1
olke.az

2Mənbələr