Rusiyanın nüvə silahı daşıma potensialı olan Tu-95 strateji bombardmançı təyyarələri və Ukraynanın işğalında da istifadə edilən Su-35 qırıcı təyyarələri Yapon dənizi üzərindən uçaraq ölkənin hava məkanına yaxınlaşıb.
Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Yaponiya Müdafiə Naziri Şinjiro Koizumi açıqlama verib. O, Tokionun ehtiyat tədbiri olaraq Yaponiya Özünümüdafiə Qüvvələrinə (SDF) məxsus hərbi təyyarələrİ havaya qaldırdığını bildirib:
“Rusiya Ukraynanı iÅŸÄŸal edÉ™rkÉ™n, ölkÉ™mizin É™trafında gündÉ™lik hÉ™rbi É™mÉ™liyyatlar da aparır. Bu, hÉ™qiqÉ™tdir”.
Nazir hərbi qüvvələrin Yaponiyanın suverenliyinin hər hansı potensial pozuntularına qarşı 24 saatlıq hazırlıq vəziyyətində olduğunu vurğulayıb. Koziumi müşahidə və monitorinq fəaliyyətləri apardıqlarını deyib.
Rusiya Müdafiə Nazirliyi yazılı açıqlamasında Tu-95 bombardmançı təyyarələrinin beynəlxalq sularda Yapon dənizi üzərində müntəzəm patrul xidməti həyata keçirdiyini bildirib.
Məlumata görə, uçuş 11 saatdan çox davam edib və bombardmançı təyyarələrə Rusiya Hərbi Hava Qüvvələrinə məxsus Su-35S və Su-30SM təyyarələri müşayiət edib. Həmçinin, bəzi nöqtələrdə uzaqmənzilli bombardmançı təyyarələri xarici qırıcı təyyarələrin də müşayiət etdiyi bildirilib.
“Rusiya HÉ™rbi Hava QüvvÉ™lÉ™rinin tÉ™yyarÉ™lÉ™rinin bütün uçuÅŸları beynÉ™lxalq hava mÉ™kanı qaydalarına ciddi ÅŸÉ™kildÉ™ uyÄŸun olaraq hÉ™yata keçirilir”, - deyÉ™ Rusiyanın cavabında qeyd edilib.
BillurÉ™ Yunus