AZ

Ukrayna ordusu Belqorod su anbarını zədələdi

Rusiyanın Belqorod su anbarının bəndi Ukrayna Silahlı Qüvvələrinin zərbəsi nəticəsində zədələnib.

NOCOMMENT.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə Belqorod qubernatoru Vyaçeslav Qladkov bildirib.

Onun sözlərinə görə, nəvbəti hücum nəticəsində bəndi dağıtmaq cəhdi baş verə bilər: “Əgər bu baş verərsə, Xarkov vilayəti tərəfdən çayın daşqın və təxminən 1000 sakinin olduğu yaşayış məntəqələrinin bir neçə küçəsini su basması riski yaranacaq”, – qubernator yazıb.

Regional hakimiyyət orqanları daşqın riski altında olan və başqa mənzil seçimi olmayan sakinlərə Belqoroddakı müvəqqəti yaşayış mərkəzlərinə köçməyi təklif etməyə başlayıb.

Su anbarı Belqoroddan 20 km cənub-şərqdə yerləşir. 1980-ci illərdə yaradılmış anbardan su təchizatı, kənd təsərrüfatı və yerli sakinlərin istirahəti üçün istifadə olunur.

Xatirə SADİQ

Seçilən
91
14
nocomment.az

10Mənbələr