AZ

Ukrayna Belqorod su anbarını vurdu İnsanlar təxliyə olunur

Unikal.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Ukrayna Silahlı Qüvvələrinin hücumu nəticəsində Belqorod su anbarının bəndinə ciddi ziyan dəyib.

"Unikal" xəbər verir ki,  bu  barədə  vilayət qubernatoru Vyaçeslav Qladkov məlumat yayıb. 

Belqorod vilayətinin hakimiyyət orqanları daşqın təhlükəsi ilə üzləşmiş yaşayış məntəqələrinin sakinlərinin təxliyə edildiyini açıqlayıb. Bezlyudovka, Novaya Tavoljanka kəndlərinin və Şebekinodakı Titovka məhəlləsinin sakinləri təhlükəsiz ərazilərə köçürüləcək.

"Biz Belqorodda daşqın təhlükəsi ilə üzləşə biləcək sakinlərə müvəqqəti yaşayış yerləri təklif etməyə başlayırıq", - deyə o , teleqram kanalında yazıb. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
24
14
unikal.az

10Mənbələr