Bakıda Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin təşkilatçılığı ilə “Avropada Təhsil” sərgisi keçirilir.
APA xəbrə verir ki, sərgidə Avropanın 10 ölkəsini təmsil edən 30-dan çox universitet iştirak edir və və potensial tələbələrə təhsil imkanları barədə məlumat verilir.
Sərginin açılışında Avropa İttifaqının Azərbaycan Respublikasındakı səfiri Mariyana KUYUNDZİÇ və Aİ-na üzv ölkələrin səfirləri də iştirak ediblər.
25-26 oktyabr tarixlərində davam edəcək sərgi hər iki gün 10:00-18:00 saatları aralığında açıq olacaq.
“Hilton” mehmanxanasının “Sevda” zalında keçiriləcək sərgidə təmənnasız olaraq təşkil olunacaq məlumat sessiyalarında Avropa universitetləri təhsil proqramlarını təqdim edəcəklər.