EN

Aİ-nin Azərbaycandakı nümayəndəliyinin təşkilatçılığı ilə “Avropada Təhsil” sərgisi keçirilir

Bakıda Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin təşkilatçılığı ilə “Avropada Təhsil” sərgisi keçirilir.

APA xəbrə verir ki, sərgidə Avropanın 10 ölkəsini təmsil edən 30-dan çox universitet iştirak edir və və potensial tələbələrə təhsil imkanları barədə məlumat verilir.

Sərginin açılışında Avropa İttifaqının Azərbaycan Respublikasındakı səfiri Mariyana KUYUNDZİÇ və Aİ-na üzv ölkələrin səfirləri də iştirak ediblər.

25-26 oktyabr tarixlərində davam edəcək sərgi hər iki gün 10:00-18:00 saatları aralığında açıq olacaq.

“Hilton” mehmanxanasının “Sevda” zalında keçiriləcək sərgidə təmənnasız olaraq təşkil olunacaq məlumat sessiyalarında Avropa universitetləri təhsil proqramlarını təqdim edəcəklər.

Chosen
114
apa.az

1Sources